İranda daha 4 nəfər edam edilib

İranda daha 4 nəfər edam edilib

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 4 nəfər edam edilib. Edamlar Cənubi Xorasan əyalətində və Cəhrom şəhərində həyata keçirilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, bir il əvvəl Cənubi Xorasan əyalətinin Nəhbəndan şəhəri ətrafında narkotik maddə qaçaqmalçıları ilə hüquq-mühafizə qüvvələri arasında yaranan silahlı qarşıdurmada 2 polis əməkdaşının qətlində günahlandırılan 3 məhkum martın 13-də dara çəkilib. Bununla bağlı jurnalistlərə məlumat verən Cənubi Xorasan hüquq-mühafizə qüvvələrinin komandanı edam edilənlərin adlarını və onların hansı şəhərdə dara çəkildiyini açıqlamayıb.

 

Həmçinin adam oğurluğunda və qətldə günahlandırılaraq qisasa məhkum edilmiş daha 1 məhkum (Cəlaləddin Mosəlla Nejad), martın 14-də İranın Fars əyalətinin Cəhrom şəhərində ictimaiyyət qarşısında dara çəkilib.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN