Urmiyada daha 3 məhkum edam edilib - FOTOLAR

Urmiyada daha 3 məhkum edam edilib - FOTOLAR

GünazTV: İranda qətldə günahlandırılaraq ölüm hökmü almış daha 3 məhkum Urmiya həbsxanasında edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, barələrində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə iki gün əvvəl təkadamlıq kameralara köçürülən məhkumlar (Xəlil Salehi, Naci Ömərzadə və Hüseyn İbrahimi), martın 11-i sübh saatlarında Urmiya zindanının həyətində dara çəkilib. Edam edilənlərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN