Yeni Zelandiyada iki məsciddə atışma olub: 27 ölü, 30 yaralı

Yeni Zelandiyada iki məsciddə atışma olub: 27 ölü, 30 yaralı

GünAz TV: Yeni Zelandiyanın Kraystçerç şəhərində naməlum şəxslər Əl-Nur və Linvud Məscid məscidlərində insanlara atəş açıblar.

 

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 27 nəfər həlak olub. Qeyd edilir ki, xəstəxanalra azı 30 yaralı çatdırılıb.

 

Bildrilir ki, atəş açan şəxslərdən biri saxlanılıb.

 

Qeyd edilir ki, insident zamanı məsciddə 300-ə yaxın insan olub.

 

"New Zealand Herald" nəşrinin məlumatına görə, atışmada təqribən iki nəfər iştirak edib. Yerli xəstəxana qarşısında da atışma səslərinin eşidildiyi bildirilir.

 

N.D


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN