Əhməd Obalı: Dəyərli Qardaşım Fəraməz Əkbəriyanın əziz xatirəsinə

Əhməd Obalı: Dəyərli Qardaşım Fəraməz Əkbəriyanın əziz xatirəsinə

Fəraməz qardaşımla ( Dr. Fəraməz” Əkbəriyan 1949-2019) birinci dəfə 19 il əvvəl, Fransanın Strasburg şəhərində, Azərbaycanlıların toplantısında tanış oldum. Milli Hərəkatımızın gələcəyi ile bağlı dərin düşünülmüş bir danışığı oldu. iclasda iştirak edənlərin hamısına müsbət təsir buraxmışdı. Axşam onunla birlikdə bir az söhbət edincə LONDON şəhərində, müəllimçilik etdiyini dedi. Təbriz Unvirsitetində Kimya oxuyub və daha sonra İngiltərədə Nüvə Fizik bölümündə Doktorluq almış, Araşdırma mərkəzlərində çalışmış və nəhayət müəllimçiliklə məşğul olduğunu dedi. Bu görüşümüz bir qardaşlığın başlanqıcı və daha sonra vətən yolunda mübarizəmizin dəvamında dahada güclü olmamıza səbəb oldu. Gunaz TV açıldığından ən çox sevinən və dəstək verən Azərbaycanlılardan oldu. Avropaya yolum duşəndə mümkün qədər görüşüb və fikir mübadiləsi aparardıq. Düzgün və səmimi fikirlərinə görə, ən ağır günlərimdə onunlada məsləhetləşərdim. Ömrünün ən böyük arzusu, vətənimizin azadlığı və birliyi üçün duşmanlarla mübarizəsi olsada, son illərdə xərçəng ( Sərətan) xəstəliyi ile mübarizə etməyə məcbur qaldı. amma hər zaman Azərbaycan deyib diri qaldı və 13 IL il xərçəg ona deyil, o xərçəng xəstəliyinə qalib gəldi. Yaxından və uzaqdan fiziki sağlamlığı haqqında xəbərləşərdim. amma günlər keçdikcə bəlli olurdu ki təbiətlə mübarizə etmək o qədərdə asan diyil. 3 ay əvvel yenədə Xəstəxanaya düşdüyünü öyrənib və bir günlükdə olsa 14 Dekabr 2018 ci ildə Londona gedib yaxından bir daha görüşdüm. Fəramərz qardaşımla son görüşümdə, Fiziki olaraq zəifləşmiş olsada, amma güclü iradəsi ilə danışarkən, milli hərəkatımızın gələcək illərinə planlardan, Gunaz Tv-nin gələcəyindən və sayirə məslələrdən çox danışdıq. Mən üzülməyim deyə “Təbrizə gedim ve sonra Amerikaya gələrəm çox danışarıq" dedi və nəhayət ayrıldıq. Arzu edirdim ki son görüşümüz olmasın amma bu gün öyrəndim ki fikir və can qardaşım Təbrizdə son nəfəsini çəkib dünyadan köçmüşdür. Ruhu şad və yolu davamlı olsun. Onun xatirəsi əbədi olaraq üreyimdə diri qalacaq. Güclü iradəsi, dərin fikiləri, vətənimiz Azərbaycanın azadlığı və birliyi istəyi ilə, səmimi insan Dr. Fəraməz Əkbariyan hər zaman xatirə yaddaşımda yaşayacaq.

Əhməd Obalı

Şikago 12 mart 2019

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN