Güney Azərbaycanda türk dilində ilk android oyun… - LİNK

Güney Azərbaycanda türk dilində ilk android oyun… - LİNK

GünAz TV: Güney Azərbaycanda “Qarpız” adlı türkcə ilk android oyun hazırlanıb.

 

“Qarpız” oyunu ana dilini qoruyub saxlamaq məqsədi ilə pulsuz şəkildə təqdim olunub.

 

Oyunda hərfləri bir-birinə yapışdırmaqla nəzərdə tutulan türk sözünü tapmaq lazımdır. Söz tapıldıqdan sonra onun farsca mənası və təfərrüatı qeyd olunub.

 

Oyunun əsas özəlliklərindən biri türk bölgələrinin tarixi məkanları və tanınmış şəxsiyyətlərinin adlarından istifadə olunmasıdır.

 

“Qarpız” oyunu 300 müxtəlif mərhələdən ibarətdir, oyunda Azərbaycan musiqisindən istifadə olunub.

 

Oyunu aşağıdakı LİNK-dən əldə edə bilərsiniz:

https://cafebazaar.ir/app/ir.retko.qarpiz/?l=fa

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN