“Zəncan Əyalətində narkotik maddələrindən ölənlərin sayı artır”

“Zəncan Əyalətində narkotik maddələrindən ölənlərin sayı artır”

GünAz TV: Güney Azərbaycanda narkotik maddələrə aludəçilərin və bu bəladan ölənlərin sayı getdikcə artmaqdadır.

 

Cari ilin (İranda yeni təqvim ili Novruz bayramından  başlayır) son 11 ayında Zəncan Əyalətində narkotik maddə qəbulu nəticəsində 44 nəfər həyatını itirib.

 

Bu barədə Zəncan Əyaləti Tibbi Ekspertiza Mərkəzinin rəisi Mehrdad Sitarə “Fasr” xəbər agentliyinə danışıb.

 

Onun sözlərinə görə, bu rəqəm ötən ilin müvafiq dövründə 31 nəfərdən ibarət olub. Rəqəmlər göstərir ki, ölənlərin sayında kəskin artım var.

 

Mehrdad Sitarə həmçinin bildirib ki, cari ilin 11 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə peşə fəaliyyəti ilə əlaqədar baş verən müxtəlif hadisələrdə ölənlərin sayında 14 və elektrik cərəyanı vurmaqdan ölənlərin sayında 71 faiz artım müşahidə olunur.

 

Qeyd edək ki, İran və Güney Azərbaycanda ciddi ictimai bəlaya çevrilən narkomaniya gün keçdikcə daha da genişlənir. Rejim isə ekspertlərin bütün xəbərdarlıqlarına rəğmən, bu istiqamətdə bəzi qaçaqmalçıları cəzalandırmaqdan başqa heç bir tədbir almır! Ölkədə narkotik maddələri yayan böyük mafiyalar getdikcə güclənir.

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN