Ərdəbil prokurorunun müavini Rəhim Qulaminin mülki vəsiqə qərarını qəbul etməkdən imtina edib

Ərdəbil prokurorunun müavini Rəhim Qulaminin mülki vəsiqə qərarını qəbul etməkdən imtina edib

GünAz TV: Ərdəbil prokurorunun müavini cənab Nonəhal azərbaycanlı milli-mədəni fəal Rəhim Qulaminin mülki vəsiqə qərarını qəbul etməkdən imtina edib.

 

Azərbaycanlı fəal martın 14-də Ərdəbil prokurorunun keçirdiyi iclasa qatılaraq prokurorluğun irəli sürdüyü ittihamlarla bağlı sonuncu dəfə özünü müdafiə edib.

 

Fəalın sistemin əleyhinə təbliğat aparmaq və rəsmi şəxsləri təhqir etməkdə ittiham olunduğu açıqlanıb, həmin iclasda onun barəsində 50 milyon tümənlik mülki vəsiqə qərarı da çıxarılıb.

 

Fəalın ailəsi nəzərdə tutulan vəsiqəni təqdim etmək məqsədi ilə prokurorluğa gedib, lakin cənab Nonəhal vəsiqəni qəbul etməkdən imtina edib. O bildirib ki, bu iş onun səlahiyyətində deyil, bu barədə şəhər prokuroru qərar verməlidir.

 

Şair, araşdırmaçı və yazıçı olan Rəhim Qulami Azərbaycanın tanınmış milli-mədəni fəallarından biridir. O mədəni fəaliyyətlərinə görə, bu günə qədər dəfələrlə saxlanılıb, həbs edilib, müxtəlif işgəncə və təzyiqlərə məruz qalıb. Azərbaycanın qələm əhli fəalın son saxlanmasını topladığı türkcə Lüğət əsəri ilə əlaqədar olduğunu düşünür. Onlar illərcə zəhmətdən sonra çapa hazır olan, hazırda isə təhlükəsizlik qüvvələrinin əlində olan qiymətli əsərin gələcək taleyindən nigarandir.

 

Rəhim Qulami “Yaylıq” nəşr evi  tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” kitablarının müəllifidir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN